Yeniyetmə oğlanlardan ibarət “Bakı” Tolyatti festivalında

Samara vilayətinin Tolyatti şəhərində 17-ci uşaq-yeniyetmə həndbol festivalı keçirilir. 

 

Sportinfo.az xəbər verir ki, bu tədbirdə Rusiyanın 51 şəhəri, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və tanınmamış Luqansk Xalq Respublikasının komandaları iştirak edirlər.

 

Ümumilikdə 152 kollektiv (123 gəlmə və 29 yerli) mübarizə aparır. Məşqçilər Vidadi və Habil Əliyevlərin rəhbərlik etdikləri “Bakı” uğurlu nəticə göstərir.

 

Oğlanlarımız “A” qrupunda “Başqırdıstan-2” (19:18), “Moskva-76” (32:19) və “Qırmızı qvardiya”ya (26:16) qalib gəliblər.

 

Növbəti görüşdə komandamız “Tolyatti-2″yə 21:41 hesabı ilə uduzub. Sabah “Bakı” öncül “Daşkənd-1″lə qarşılaşacaq. 3 qələbə millimizə 5-8-ci yerlər uğrunda mübarizəyə imkan verir.

Tarix: 7 İyun 00:40    Oxunub: 103    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.