Ukraynanı udan millimiz “Dördlər finalı”na çıxa bilmədi

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

 

Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində Ukrayna ilə üz-üzə gəlib.

 

Səfərdə baş tutan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Nəticədə, komandamız meydanı inamlı qələbə ilə tərk edib.

 

Komandamız əvvəlki turlarda yalnız Bolqarıstana səfərdə 1:3 hesabıyla uduzub. Qalan oyunların hamısında millimiz eyni hesabla (3:1) qalib gəlib.

 

Lakin yığmamız Qızıl Avropa Liqasında mübarizəni dayandırıb. Komandamız qrup ikinciləri arasında ən yaxşı göstəriciyə sahib idi.

 

Ancaq Macarıstan “Dördlər finalı”nın ev sahibi olduğu üçün yarımfinala yüksəlib. Buna sözügedən komandanın son turda B qrupunun lideri Finlandiyaya məğlubiyyəti səbəb olub.

 

Halbuki macarlar 3:0 və ya 3:1 hesabıyla qalib gəlsəydilər, qrup lideri olacaqdılar, Finlandiya isə qrup ikincisi olacaqdı və mübarizəni dayandıracaqdı.

 

Beləliklə, “Dördlər finalı”nda Macarıstanla yanaşı, qrup liderləri - Bolqarıstan (A qrupu), Finlandiya (B qrupu) və Çexiya (C qrupu) mübarizə aparacaq. “Dördlər finalı” 14-16 iyunda Budapeştdə təşkil olunacaq.

 

Ukrayna – Azərbaycan - 0:3 (28:30, 21:25, 23:25)

Hakimlər: Yan Krtiçka (Çexiya), Andrey Kovalçuk (Ukrayna)

İvano-Frankovsk, Bədən Tərbiyəsi Kollecinin idman zalı

Ukrayna: 4. Alla Politanska, 14. Lyudmila Osaçuk, 17. Aleksandra Peretyatko, 2. Diana Karpets, 9. Yuliya Qerasimova, 12. Anastasiya Karasova, 3. İrina Truşkina, 1. Katerina Kalçenko, 5. Karina Denisova, 8. Anastasiya Krayduba, 10. Anna Kiriçenko, 11. Anna Stepanyuk, 16. Nadejda Kodola, 6. Kristina Nemtseva.

Azərbaycan: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova, 15. Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova, 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova, 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Azərbaycan

6

5

1

16-7

549-492

15

2

Bolqarıstan

5

4

1

13-5

436-372

12

3

Ukrayna

6

2

4

8-13

483-491

6

4

Portuqaliya

5

0

5

3-15

333-446

0

Tarix: 7 İyun 00:20    Oxunub: 204    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.