Federasiya qərarını dəyişdi

Qadın və kişi həndbolçular arasında Azərbaycan çempionatlarının başlama tarixində dəyişiklik edilib. Sportinfo.az xəbər verir ki, bu barədə Həndbol Federasiyasından məlumat verilib. Yarış fevralın 16-da start götürəcək.

 

Qurum öncə çempionatın fevralın 17-də keçirilməsini açıqlasa da, qeyri-müəyyən səbəbə görə tarixi dəyişib. Qərara alınıb ki, fevralın 16-da start götürəcək yarış ayın 22-də başa çatdırılsın. Çempionatın açılış mərasimi isə ilk turun oynanılacağı gün saat 13:30-da olacaq.
 

Birincilikdə “Azəryol”, “Nur”, “Gənclərbirliyi” və “Qarabağ” qadınların yarışında çempionu müəyyənləşdirəcək. Kişi həndbolçuların turnirində isə “Təhsil”, “Məhsul”, RİOEUGİM-in 2 və 12 saylı məktəbləri güclərini yoxlayacaqlar.  

Tarix: 13 Fevral 16:00    Oxunub: 244    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.