Türkiyədə hamını bir-birinə qatan azərbaycanlı Abbasov - VİDEO

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.

 

Sportinfo.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışıb.

 

Yığmamız iki çəki dərəcəsində təmsil olunub və yarış gününü 1 qızıl medalla başa vurub. 87 kq-da mübarizə aparan İslam Abbasov ardıcıl olaraq Rusiya və Bolqarıstan təmsilçilərini tam üstünlüklə məğlub edib və yarımfinala yüksəlib.

 

Yarımfinalda Macarıstan idmançısına da heç bir şans verməyən İslam finala yüksəlib. Həlledici görüşdə Xorvatiya təmsilçisinə də qalib gələn İslam Abbasov çempionatın qızıl medalına sahib olub.

 

55 kq

1/4 final - Norayr Hakhoyan (ARM) - Zaur Əliyev 10:1

1/8 final - Nedyalko Petrov (BUL) - Zaur Əliyev 4:12

 

87 kq

FİNAL - İvan Huklek (CRO) - İslam Abbasov 1:4

1/2 final - Attila Vitek (HUN) - İslam Abbasov 1:7

1/4 final - Yoan Dimitrov (BUL) - İslam Abbasov 2:10

1/8 final - İslam Abbasov - Qazi Xəlilov (RUS) 12:3

 

Tarix: 6 İyun 08:24    Oxunub: 301    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.