Fransa klubu millimizin hücumçusu ilə müqavilə bağlamadı

Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanova “Venel”dan ayrılıb.

 

Sportinfo.az xəbər verir ki,  Fransa klubu 29 yaşlı hücumçu ilə başa çatan müqavilə yeniləməyib.

 

Artıq “Venel” Qurbanovanın komandanın düşərgəsini tərk etdiyini rəsmən açıqlayıb. Bu səbəbdən də voleybolçumuz yeni klub axtarışına start verib.

 

Onun yenidən ölkə xaricində oynayacağı istisna olunmur. Qurbanova “Venel”lə Fransa çempionatının 1/4 finalınadək irəliləmişdi. Onun komandası yarımfinala gedən yolda “Mulhaus”a uduzmuşdu.

 

Tarix: 5 İyun 10:48    Oxunub: 255    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.