Alim finalda Qriqoryanla döyüşdü: hakimlər qələbəni erməniyə verdi

Böyük Britaniyanın Birmingem şəhərində peşəkar kikboksçular arasında "Glory” liqası çərçivəsində növbəti döyüşlər keçirilib.

 

Sportinfo.az xəbər verir ki, "Glory54” turnirində Azərbaycanın və "Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev də iştirak edib.

 

"Professor” ləqəbli idmançımız yarımorta çəki dərəcəsində final döyüşünə çıxıb. Alim Belçikanı təmsil edən erməni idmançı Harut Qriqoryanla üz-üzə gəlib.

 

5 raudluq döyüşdə hakimlər qələbəni erməni idmançıya verib. Bu ailimin peşəkar rinqdə 56-cı döyüşü olub. O, bu döyüşlərin 49-da qələbə qazanıb, 7-də uduzub. 

 

Nəbiyev finala qədər fransalı Cimmi Vienot, hollandiyalı Niki Holsken və Kamerun əsilli fransalı Sedrik Doumbeyə qalib gəlmişdi.

Tarix: 5 İyun 10:12    Oxunub: 221    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.