Rəşxan “Qəbələ” üçün Avstriyadan bürünc medal gətirdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun cüdoçusu Rəşxan Baxşəliyev növbəti uğuruna imza atıb.

 

Sportinfo.az xəbər verir ki, təmsilçimiz gənclərin Avropa kubokunda fərqlənib.

 

O, Avstriyanın Leybnits şəhərində təşkil olunan yarışda bürünc medal qazanıb. İlk qarşılaşmada avstriyalı Nikolas Rexbergerə qalib gələn cüdoçumuz ukraynalı Dilşot Xalmatova uduzduqdan sonra təsəlliverici görüşlərdə qüvvəsini sınayıb.

 

Rumıniyalı Boqdan Drimba, braziliyalı Emerson Silva və macarıstanlı Ksanad Feçko üzərində qələbələri sıralayan Rəşxan yarışı fəxri kürsünün 3-cü pilləsində başa vurub.

Tarix: 5 İyun 08:00    Oxunub: 88    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.