Qurban Qurbanov bütün rəqiblərindən üstün oldu - Gürcüstanda

Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə yeniyetmə yunan-Roma güləşçilərin beynəlxalq turnir keçirilib.

 

Sportinfo.az xəbər verir ki, bu sınaqda millimiz 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

Qurban Qurbanov (45 kq) bütün rəqiblərindən üstün olub. Bu çəkidə finalda komanda yoldaşına uduzan Fərhad İsrafilov (45 kq), eləcə də Ruslan Hədisov (65 kq) və Sərxan Məmmədov (110 kq) 2-ci pilləni tutublar.

 

Həsrət Cəfərov (51 kq), Xasay Həsənli və Adəm Hacızadə (hər ikisi – 60 kq) 3-cülüklə kifayətləniblər. Hakimlər briqadında bizdən Zaur Şərifovla Elgün Məmmədov yer alıblar.

Tarix: 5 İyun 00:50    Oxunub: 282    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.