BMX üzrə dünya çempionatına dəstək yarışı başa çatdı - Bakıda

İyunun 5-9-da Bakıda keçiriləcək BMX üzrə dünya çempionatına dəstək məqsədilə məktəblilər arasında təşkil olunan ümumrespublika velosiped yarışları başa çatıb.

 

Sportinfo.az xəbər verir ki, yarış Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilib.

 

Rayondaxili mərhələlərdən sonra finala vəsiqə qazanan 18 komandanın 13-ü paytaxt Bakını, 5-i isə Sumqayıt, Gəncə, İsmayıllı, Mingəçevir və Zaqatalanı təmsil edib.

 

Veloparkda təşkil olunan həlledici mərhələdə iştirakçılar estafet sistemi üzrə komanda şəklində yarışıb. Yarış Xəzər rayonu 26 saylı orta məktəbin komandasının qələbəsilə başa çatıb. 2-ci yerə Qaradağ rayonu 319 saylı, 3-cü yerə isə Xətai rayonu 29 saylı orta məktəbin komandası layiq görülüb. 

 

Qaliblər kubok, diplom və “İsma” velosipedləri ilə təltif edilib. Mükafatları Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov təqdim edib.

 

Velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirində, ümumilikdə, 570 komandanın tərkibində 4000-ə yaxın məktəbli iştirak edib.

 

Kütləvi idman tədbirinin keçirilməsində əsas məqsəd velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana olan marağını artırmaq və məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

Tarix: 4 İyun 12:12    Oxunub: 80    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.