“Qəbələ” Antalyada - albanlarla başlayıb, “Şkendiya” ilə bitəcək

Qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək "Qəbələ"nin yoxlama oyunları üçün bütün rəqibləri məlum olub. Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar" Antalyada ilk yoxlama oyununu yanvarın 13-də Albaniyanın "Partizani" klubuna qarşı keçirəcək.

 

Yanvarın 18-də "Qəbələ" Rumıniyanın "Qaz-Metan", 24-də isə Makedoniyanın "Şkendiya" klublarıyla oyunda qüvvəsini sınayacaq. "Şkendiya" Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olub. Bakıda keçirilən oyun qolsuz başa çatmışdı. "Şkendiya" evdə 1:0 hesablı qələbə qazanaraq bakılıları mübarizədən kənarlaşdırmışdı.

Tarix: 26 Dekabr 17:24    Oxunub: 78    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Yanvar 2017
19 Yanvar 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.