Bakıda həkimlər ölüm ayağında olan idmançı yeniyetməyə kömək etmədi - VİDEO

Son zamanlar “MedEra Hospital” klinikasının fəaliyyəti - bahalı müayinələr, xəstələrin çoxsaylı şikayətləri, cərrahiyyə əməliyyatından sonra yaranan fəsadlar və s. bu kimi xoşagəlməz hallar dəfələrlə mətbuat tərəfindən tənqid edilib.

 

Sportinfo.az xəbər verir ki, xoşagəlməz hallardan biri də “MedEra Hospital” rəhbərliyi tərəfindən kəsilmiş mədələrdən düzəldilən fotoşəkillə 8 mart qadınlar bayramının sosial şəbəkələrdə təbrik edilməsi idi.

 

Bir neçə gün öncə isə ictimaiyyətin hiddətinə səbəb olan növbəti video sosial şəbəkələrdə yayımağa başladı. Kadrlarda Bakı şəhər sakini Bayram Hacıyev idman dərsindən sonra yeniyetmə oğlunun ürəyində problem yarandığını, uşağı təcili yaxınlıqdakı klinikaya çatdırdığını, “MedEra Hospital” klinikasının həkimlərinin isə uşağı pulsuz müayinə etməkdən imtina etdiklərini bildirir.

 

“MedEra Hospital” klinikasının rəhbəri Qəhrəman Qəhrəmanovvirtualaz.org-a açıqlamasında klinikada uşağın müayinə olunmadığını təsdiqləyib. Həkim iddia edir ki, B.Hacıyev oğlunun uşaq kardioloqu tərəfindən müayinə olunmasını tələb edib.

 

 

"Bizdə ştatda belə bir mütəxəssis yoxdur. Həm də oğlunun tam müayinədən keçirilməsində təkid edirdi. İki il sonra hərbi xidmətə gedəcəyini, uşağın orqanizmində hər hansı bir problemin olub-olmadığını əvvəlcədən öyrənmək istədiyini deyirdi.

 

Mütəxəssislər tərəfindən müayinənin pulsuz keçirilməsini təklif etdik. Amma aparat müayinələri üçün 50 faiz endirimlə pul ödəmək lazım idi.

 

Klinikada ümumi “çek-ap” 30-50 manat arasındadır. Hacıyev isə ümumiyyətlə pulsuz müayinə olunmağı tələb edirdi”, - deyə Qəhrəmanov bidlirib.

 

Yeniyetmənin səhhətində hər hansı ciddi problem yaranacağı təqdirdə ona pulsuz xidmət, köməklik göstərə biləcəklərini açıqlayan həkim həmin vaxt belə bir halın yaranmadığını, təcili bir şey olmadığını bildirib.

 

Tutaq ki belədir, amma yeniyetmənin nəbzini yoxlamağa vaxt tapmayan həkimlər onda təcili bir şey olmadığını necə müəyyənləşdiriblər?

Tarix: 4 İyun 11:00    Oxunub: 467    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.