Azərbaycan millisinin üzvü İspaniya klubuna keçdi

Azərbaycan milli komandasının və "Araz"ın futzalçısı Everton Kardoso karyerasını İspaniyada davam etdirəcək.

 

Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, 31 yaşlı müdafiəçi “Levante” ilə anlaşıb.

 

Qallo ləqəbli oyunçu yeni klubunda 2018/2019 mövsümündə çıxış edəcək. Onun "Araz"la müqaviləsi mayda başa çatıb.

 

"Növbəti mövsümdə "Levante"də oynayacağam. Klubun məşqçi heyətinə mənə olan inamına görə təşəkkür edirəm", - deyə təcrübəli futzalçı bildirib.

 

2016-cı ilin yayında "Araz"a cəlb edilən Qallo indiyə qədər 10 rəsmi oyunda millinin formasını geyinib. 

Tarix: 3 İyun 19:00    Oxunub: 317    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.