Nazirliklə federasiya arasında əməkdaşlıq müqaviləsi bağlandı

Təhsil Nazirliyi və Velosiped idmanı federasiyası arasında əməkdaşlıq müqaviləsi bağlanıb.

 

Sportinfo.az xəbər verir ki, memorandumu nazir müavini Firudin Qurbanov və AVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov imzalayıblar.

 

Məqsəd tərəflər arasında 2018-2023-cü illərdə əməkdaşlığın əsas istqamətlərini müəyyənləşdirmək, uşaq və gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, onların asudə vaxtının səmərəli təşkili üçün əlverişli mühit yaratmaq, gəncləri zərərli vərdişlərdən çəkindirmək, ölkənin velosiped idmanı üzrə yığma komandalarına ehtiyat idman qüvvələri hazırlamaq, habelə bu idman növünün kütləviliyini artırmaqdan ibarətdir.

 

Firudin Qurbanov çıxışında, idmana göstərilən dövlət qayğısı, təhsil alanlar arasında sağlam həyat tərzinin təbliği, onlarda idmana olan marağın artırılması istiqamətlərdə nazirlik tərəfindən görülən işlərdən danışıb. Nazir müavini velosiped idman növünün maddi-texniki bazasının yaxşılaşdırılması, idmançıların ustalıqlarının və bu idman növü üzrə kütləviliyinin artırılmasında birgə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

 

Sahib Ələkbərov öz növbəsində, federasiya tərəfindən uşaq, yeniyetmə və gənclər arasında velosiped idman növünün populyarlaşdırılması və bu növlə məşğul olanların sayının artması istiqamətlərində görülmüş işlər barədə məlumat verib.

 

O, həyata keçirilən tədbirlərin gənc nəslin sağlam həyat tərzinə istiqamətləndirilməsi, zərərli vərdişlərdən uzaqlaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bu sahədə AzVİF ilə Təhsil Nazirliyinin birgə fəaliyyətinin səmərəli və faydalı olduğunu vurğulayıb.

 

5-9 iyunda Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəblilər arasında velosiped yarışları təşkil olunub.

 

Aprelin 1-dən başlayan və iyunun 2-də başa çatan bu tədbirlər Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilib.

 

Yarışlara Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı, Zaqatala rayonları əhatə olunmaqla 4 minə yaxın məktəbli qatılıb.

Tarix: 3 İyun 09:39    Oxunub: 246    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.