Avropa kubokunda ilk gün: gənc cüdo millimiz 4 medal qazandı

Avstriyada gənc cüdoçular arasında keçirilən Açıq Avropa kuboku turnirinin ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

 

Sportinfo.az xəbər verir ki, baş məşqçi Elçin İsmayılovun yetirmələri bu gün Leybnitsdə 4 medal qazanıblar.

 

55 kq çəki dərəcəsində yarışan Rövşən Əliyev Braziliya, Qazaxıstan, Ukrayna cüdoçularına qalib gələrək finalda Yaponiya təmsilçisi Daiçi Takano ilə qarşılaşıb. Güclü rəqibinə uduzan Rövşən Əliyev Avstriyada gümüş medal qazanıb.

 

Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Balabəy Ağayev və Rəqşan Baxşəliyev bürünc medala sahib olub. 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İbrahim Əliyev də millimizə bürünc medal qazandırıb.

 

Beləliklə gənc cüdoçularımız Leybnits beynəlxalq turnurinin ilk yarış günü 1 gümüş və 3 bürünc medal qazanıblar.

 

Avstriyada 39 ölkədən 580 cüdoqi ustası medallar uğrunda yarışır. Azərbaycan beynəlxal turnirdə 21 cüdoçu ilə təmsil olunur.

Tarix: 3 İyun 00:40    Oxunub: 190    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.