İlk dəfə kişilərdən ibarət yığmaya qadın baş məşqçi təyin olundu

 Cüdo üzrə kişilərdən ibarət Braziliya millisinə qadın baş məşqçi təyinat alıb.

 

Sportinfo.az xəbər verir ki, yığma yaponiyalı Yuko Fujiyə tapşırılıb.

 

O, Braziliya Olimpiya Komitəsinin dəvəti ilə yığmaya cəlb olunub. Bu isə dünya cüdo tarixində ilk dəfə baş verib. Fujiye daha öncə qadınlardan ibarət Britaniya yığmasında işləyib.

 

Yuko Fujiye 20-27 sentyabrda Bakıda keçiriləcək dünya çempionatında da Braziliya yığmasına rəhbərlik edəcək.

Tarix: 3 İyun 00:00    Oxunub: 244    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.