Çempion klub dağıldı!

I Divizionun son çempionu olan «Xəzər» fəaliyyətini dayandırıb.

 

Bununla bağlı klub rəhbərliyinin toplantısı keçirilib və qərara alınıb ki, futbola sərmayə yatırmağın mənası yoxdu.

 

Bu, AFFA-nın lisenziya şərtlərini bəhanə edərək, «Xəzər»i Premyer Liqaya buraxmamasına etiraz olaraq atılan adekvat addımdı.


Düzdü, hələ 100 faiz əminliklə söyləmək olmaz ki, bu, aşağı dəstə təmsilçisinin himayədarlarının yekun qərarıdı. Önümüzdəki həftələrdə bu məsələyə son kərə qayıdılması nəzərdə tutulub.

 

Çünki yaxın çevrəsi klubun hamisi Emin Zeynalovdan «Xəzər»i dağıtmamasını xahiş edib. O isə birinci ilində futbola 600 min manat vəsait xərcləməsini əsas gətirərək, federasiyadan kəskin şəkildə narazı olduğunu bildirib.


«Xəzər»in arxasında «ZZ Group» dayanıb. Bu şirkətlər qrupu hazırda idmanla bağlı digər layihələri nəzərdən keçirir (Sportinfo.az).

 

Tarix: 2 İyun 12:36    Oxunub: 776    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.