"Onun yumruğunun dadını zərbə çənəsinə dəyəndə biləcək”

Bu gün Bakı boks gecəsi baş tutacaq. 

 

Sportinfo.az xəbər verir ki,  Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı, “Qəbələ” İdman Klubunun dəstəyi ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş boks yarışı keçiriləcək.

 

Gecənin əsas döyüşündə ağır çəki dərəcəsində IBO və WBCA dünya kəməri uğrunda ukraynalı Roman Qolovaşenko ilə cənubi afrikalı Kevin Lerena 12 raundluq mübarizədə üz-üzə gələcəklər.

 

Boks gecəsində həmyerlimiz Malik Məmmədzadə WCA və WBC Asiya kəməri uğrunda, Rauf Ağayev, Vüsal Əliyev və digərləri Gürcüstan təmsilçiləri ilə döyüşlər keçirəcək. Qarşılaşmalar saat 20:00-da start götürəcək.

 

Turnirlə bağlı mətbuat konfransı və boksçuların rəsmi çəkiölçmə mərasimi keçirilib. WBCA Heydər Əliyev adına Dünya Boks Komitəsinin prezidenti, WBC supervayzeri Yaşar Niftəliyev mətbuat konfransında ilk çıxış edərək bunları deyib:

 

“Bu döyüş Azərbaycanın təbliğatı baxımından çox önəmlidi.  Azərbaycanda peşəkar boksun təbliğatı üçün çox şey etmək istəyirik. Bu qarşılaşmalar da onun üçün vacibdir”. 

 

 Döyüş iştirakçısı olacaq ukraynalı Qolovaşenkonun promotru Genadi Kravçenko sabah gözəl şounun olacağını bildirib. İdmançı isə qələbəyə əmin olduğunu deyib: “Qalibiyyətə yüz faiz hazır və əminəm”.

 

Onun məşqçisi Şamil Rəhimov 6 raunda idmançısının rəqibini nakauta salacağından danışıb: “Bizim hesabımıza görə qarşılaşma 12 yox, 6 raund çəkəcək. İdmançım rəqibini nakauta salacaq”.
Kravçenko da bunu təsdiqləyib. 

 

Ukraynalının rəqibi Kevin Lerena da rəqibinə meydan oxuyub. Cənubi afrikalının məşqçisi Peter Şmidt də üstünlüyün onlar tərəfində olduğunu vurğulayıb:

 

“Bizim də məşqlər yüksək səviyyədə keçib. Roman da Kevinin yumruğunun dadını zərbə çənəsinə dəyəndə biləcək”.

 

Azərbaycanın ilk peşəkar boksçusu, WBF versiyası üzrə dünya, WBO versiyasında Avropa çempionu, “First promotion champions”un baş direktoru Fariz Məmmədov da döyüşün əhəmiyyətindən söhbət açıb.

 

O bildirib ki, belə döyüşün ölkəmizdə təşkili peşəkar boksçuların yetişməsində böyük rol oynayacaq. Məmmədov həmçinin yerli boksçulara öz məsləhətlərini verib və uğurlar arzulayıb. Rinqə çıxacaq Azərbaycan boksçusu Məmmədzadə yalnız qələbə üçün döyüşəcəyini vurğulayıb.

 

"Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək boks gecəsinin qarşılaşmaları saat 20:00-da start götürəcək.

Tarix: 2 İyun 10:48    Oxunub: 246    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.