Haydı "Qəbələ"li "Professor", erməninin baş-gözünü əz!

Bu gün peşəkar kikboksçular arasında “Glory” liqası çərçivəsində növbəti döyüşlər keçiriləcək.

 

Sportinfo.az xəbər verir ki, Böyük Britaniyanın Birmingem şəhərində baş tutacaq “Glory54” turnirində Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev də iştirak edəcək.

 

“Professor” ləqəbli idmançımız yarımorta çəki dərəcəsində final döyüşünə çıxacaq. Alim Belçikada yaşayan Ermənistan idmançısı Harut Qriqoryanla üz-üzə gələcək.

 

Bu, hesabında 49 qələbə və 6 məğlubiyyət olan Alimin peşəkar rinqdə 56-cı döyüşüdü. Nəbiyev finala qədər fransalı Cimmi Vienot, hollandiyalı Niki Holsken və Kamerun əsilli fransalı Sedrik Doumbeyə qalib gəlib.

Tarix: 2 İyun 09:12    Oxunub: 320    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.