Azərbaycanın yunan-Roma güləşçiləri beynəlxalq turnirdə iştirak edəcək

Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə yeniyetmə yunan-Roma güləşçiləri arasında beynəlxalq turnir keçiriləcək. 

 

Sportinfo.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, yarış 2-3 iyun tarixlərində baş tutacaq. 

 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edəcək. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında Gürcüstana 19 güləşçimiz yollanıb.

 

Yarışda ölkəmizi Qurbanov Qurban, Fərhad İsrafilov (hər ikisi 45 kq), Nihad Quluzadə, Ariz Hüseynov (hər ikisi 48 kq), Həsrət Cəfərov, Qüdrət Şıxəlizadə (hər ikisi 51 kq), Murad Abbasov, İsrafil Məmmədov (hər ikisi 55 kq), Adəm Hacızadə, Nihad Məmmədli, Xasay Həsənli, Əli Alıyev (hamısı 60 kq), Ruslan Hədisov, Əkrəm Ağayev (hər ikisi 65 kq), Allahverdi Əliyev (71 kq), Qabil Əhmədov (80 kq), Laçın Vəliyev, Rahim Qəhrəmanzadə (hər ikisi 92 kq) və Sərxan Məmmədov (110 kq) təmsil edəcək.

Tarix: 2 İyun 00:10    Oxunub: 147    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.