Azərbaycanda daha bir klubun "fatihə"si oxundu

Azərbaycanda daha bir klub fəaliyyətini dayandırmaq üzrədi.

 

Söhbət «Neftçi» İdman Klubunun (İK) nəzdində olan «Qaradağ Lökbatan»dan gedir.

 

İK-nun İdarə Aparatının sədri Sadıq Sadıqov QL-nın bağtlanmasına dair şifahi göstəriş verib. O, ştatda olan bütün işçilərin işdən azad olunmasını tapşırıb. Hacı Sadığı qəzəbləndirən 2 səbəb var.

 

Birincisi, komandanın I Divizionun son mövsümü faciəvi şəkildə başa vurmasıdı. Belə ki, Həbib Ağayevin çalışdırdığı kollektiv qış fasiləsinə 14 xallıq fərqlə lider yollansa da, çempionluğu «Xəzər»ə qapdırıb.

 

Debütantın 19 xal geridə olduğu halda gəlib qızıl medalları əldə etməsi Sadıqovu şok edib.


İkinci səbəb isə «Qaradağ»ın bir çox futbolçusunun adının davamlı olaraq danışılmış oyunlarda hallanması və UEFA-dan bu barədə AFFA-ya siqnalların gəlməsidi (Sportinfo.az). 

 

Tarix: 1 İyun 20:36    Oxunub: 1363    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.