"Azərbaycanda 18 aya qazandığımı Türkiyədə 48 ilə qazana bilmədim”

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Salih Bora Türkiyə mətbuatına müsahibə verib.

 

Sportinfo.az xəbər verir ki, təcrübəli məşqçi maraqlı açıqlamaları ilə diqqət çəkib. 

 

O, ölkəmizdə işlədiyi illəri də xatırlayıb: “Futbol dünyanın ən məşhur idman növüdür və mən bunu anlayıram. Razıyam bal və qaymaq futbolun olsun. Amma digər idman növləri ögey övlad kimi bəslənməsin.

 

Mən güləşin Fatih Terimiyəm. Azərbaycan milli komandasında işlədim. 2012 London Olimpiyadasında ordaydım.

 

Orda 18 aya qazandığımı Türkiyədə 48 ilə qazana bilmədim. Bizim qazancımız Fatih Terimin qazancının yanında çox azdı”.

Tarix: 1 İyun 16:24    Oxunub: 345    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.