"Kişi dostluğu qaya kimidi, səni çox sevirəm, qardaş!"

Mayın 30-da Moskvada kikboksinq üzrə "JARA Fight Show" turniri keçirilib.


Sportinfo.az xəbər verir ki, Zabit Səmədov turnirdə fransalı Freddi Kemayoya qalib gələrək, "King of Kings" versiyası üzrə Avropa çempionu adını qazanıb.


Səmədov Moskvanın "Vegas City Hall" kompleksində baş tutan döyüşün 5 raundunun hamısında üstün tərəf olub. Üç hakim birmənalı olaraq ona 50:46 hesablı qələbə verib. Bu isə onun sayca 99-cu qələbəsidi.


Səmədov qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edib. 34 yaşlı idmançı bunu Kemayo üzərində qələbəsindən sonra çıxışı zamanı deyib.


Səhnəyə Azərbaycan bayrağı ilə çıxan K-1 döyüşçüsü əvvəlcə çətin döyüşünə görə azarkeşlərdən üzr istəyib:

 

“Məni dəstəkləməyə gəldiyiniz üçün təşəkkür edirəm, bunu hiss edirdim. Bu cür ağır döyüşə görə üzr istəyirəm. Əslində, mənim üçün çox çətin döyüş oldu. Çünki sizin qarşınızda böyük məsuliyyət hiss edirəm.

 

Doğmalarıma, dostlarıma, qardaşlarıma - hər kəsə "çox sağ ol" söyləyirəm. Düzü, gecəni yata bilməmişəm. Səhər saat 8:00-da yatdım, 11:00-da oyandım. Bu da döyüşümə təsir etdi. Ancaq qələbə qələbədi. Qalibləri mühakimə etmirlər". 


Daha sonra Səmədov ona dəstək olanlara minnətdarlığını bildirib: "Stiven Siqala, "JARA Fight Show" promouter şirkətinin prezidenti və gecənin təşkilatçısı Emin Ağalarova təşəkkür edirəm. Təşkilatçılığa, etdiklərinə görə minnətdaram.

 

Kişi dostluğu qaya kimidi. "Axmat" klubuna, böyük və əziz qardaşım Ramazan Kadırova da təşəkkür edirəm. Yəqin ki, döyüşə baxıb və çox həyəcan keçirir. Ona salam göndərirəm. Səni çox sevirəm, qardaş! Etdiklərinə görə çox sağ ol. "Axmat" - gücdü!

 

Hər kəsə, bütün azərbaycanlılara minnətadaram. Bu qələbəni Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr etmək istərdim. Yaşasın Azərbaycan! Qoy, ölkəmiz İlham Əliyevin rəhbərliyi altında çiçəklənsin. Biz onu dəstəkləyir və hörmət edirik. İnanır və bilirik ki, doğru yolla addımlayırıq. İlhamla irəli!"

 

 

Tarix: 1 İyun 09:12    Oxunub: 346    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.