Gənc yunan-Roma güləşçilərimizin Dağıstan sınağı

İyunun 1-3-də Dağıstan respublikasının Kaspiysk şəhərində Suraqat Asyatilovun xatirəsinə gənc yunan-Roma güləşçiləri arasında beynəlxalq turnir keçiriləcək. 

 

Sportinfo.az xəbər verir ki, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi ilə Rusiyaya 15 idmançı yollanıb.

 

Bunlar Zülfüqar Əliyev, Ağaqulu Quliyev, Xancavad Məcidzadə (hər üçü – 55 kq), Zaur Nuriyev, Əsgər Əlizadə, Həsən Məmmədli (60 kq), Kamran Mirzəliyev, Elnur Musayev (63 kq), Kənan Cəfərov, Məmmədəli Həsənov (67 kq), Nəsir Həsənov (77 kq), Aslan Məmmədov, Xəyal Arazəliyev (82 kq), Nəzərşah Fətullayev (87 kq) və Tarış Əbilovdur (130 kq).

 

Görüşlərin idarə edilməsində ölkəmizi 3-cü dərəcəli beynəlxalq hakim Bəşir İsazadə təmsil edəcək.

Tarix: 1 İyun 00:50    Oxunub: 222    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.