Ağalarov və Hollivud ulduzu tamaşa etdi, Avropa çempionu oldu - VİDEO

Rusiyanın paytaxtı Moskvada Jara Fight Show adlı kikboksinq turniri yekunlaşıb.

 

Sportinfo.az xəbər verir ki, gecənin əsas döyüşlərindən biri azərbaycanlı Zabit Səmədovla fransız boksçu Fredi Kemayo arasında baş tutub.

 

Oyunun 5 raundunda bütün qələbələr Zabit Səmədovun olub. Hər üç hakim qələbəni Səmədova verib - 50:46. Bununla o, ağır çəkidə King of Kings (Krallar kralı) versiyası üzrə Avropa çempionu olub.

 

Bu, Zabit Səmədovun karyerası ərzində qazandığı 99-cu qələbə olub. Qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edən idmançımıza çıxış etdiyi Çeçenistanın “Əhməd” klubu adından “Mercedes” avtomobili də bağışlanıb.

 

“Vegas City Hall”da keçirilən görüşü Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudov, xalq artisti Emin Ağalarov, Hollivud ulduzu Stiven Siqal da izləyib.

 

Tarix: 31 May 13:12    Oxunub: 504    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.