FOTOLAR: Yeni patron baxdı, "Sumqayıt"ın qızları çempion oldu

Qadınlardan ibarət komandalar arasında keçirilən "Yüksək Liqa"da 2017/2018 mövsümünə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, "Sumqayıt" son turda "Təhsil"lə qarşılaşıb.

 

Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada komandamız Gültac Məmmədəliyeva və Arzu Əliyevanın qolları ilə 2:1 hesablı qələbə qazanaraq "Yüksək Liqa"nın qalibi olub.

 

Qarşılaşmanın ardından qaliblərin mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və klubun prezidenti Riad Rəfiyev də iştirak edib.

 

Tarix: 31 May 09:24    Oxunub: 395    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.