"Biz Azərbaycan millisinə bədbəxtlikdən uduzduq"

“Çox çətin oyun oldu”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri qadınlardan ibarət voleybol üzrə Bolqarıstan yığmasının baş məşqçisi İvan Petkov deyib.

 

Qızıl Avropa Liqasının IV turunda millimizlə qarşılaşan bolqarlar 1:3 hesablı məğlubiyyətə üzülüb. Matçdan sonra açıqlama verən Petkov oyunu belə şərh edib:

 

“İlk seti uduzduqdan sonra vəziyyətdən çıxış yolu tapmağa çalışdıq. İkinci seti qazandıqdan sonra qələbə şansımız artdı. Ancaq bədbəxtlikdən biz uduzduq. Bununla belə, liderliyimizi davam etdiririk. Növbəti matça hazırlaşacağıq”.

Tarix: 31 May 09:12    Oxunub: 376    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.