“Komandamızla fəxr edirəm, hər biri mənim üçün ulduz idi”

“Komandamızla fəxr edirəm”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev deyib.

 

Qızıl Avropa Liqasının IV turunda Bolqarıstanla qarşılaşan yığmamız 3:1 hesablı qələbə ilə ilk matçdakı yenilginin revanşını alıb.

 

 

4 oyundan sonra 3 qələbə qazanan millimiz 9 xalla qrupda 2-ci pillədə qərarlaşıb. Matçdan sonra fikirlərini bölüşən Ağayev oyunu belə şərh edib:

 

“Ulduzlarımız olmadan oynasaq da, bu gün meydançadakı oyunçularımızın hər biri mənim üçün ulduz idi.

 

Faiq Qarayev olmadan mübarizə apardıq. Bu gün qızlar onun üçün döyüşdü. Birinci yer uğrunda mübarizəmizi davam etdiririk”.

Tarix: 31 May 08:36    Oxunub: 355    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.