Azərbaycan Qızıl Avropa Liqasında Bolqarıstanı məğlub etdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.

 

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan yığma Bolqarıstanla üz-üzə gəlib. 

 

Voleybol Mərkəzində baş tutan qarşılaşma Faiq Qarayevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər oyununda isə Ukrayna Portuqaliyanı sınağa çəkib. Ukrayna bu görüşdə rəqibini 3:1 hesabı ilə üstələyib.

 

Bu nəticədən sonra aktivində 9 xalı olan Azərbaycan yığması turnir cədvəlində Bolqarıstanla birlikdə 1-2-ci yerləri bölüşdürür. Ukraynanın 6 xalı olduğu halda, Portuqaliya hələ də xal qazanmayıb.

 

Azərbaycan - Bolqarıstan 3:1 (25:20, 23:25, 25:21, 25:21)

Hakimlər: Kristian Volf (İsveçrə), Eldar Zülfüqarov (Azərbaycan)

Bakı, Voleybol Mərkəzi

Azərbaycan: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova, 15.Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova, 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova, 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

Bolqarıstan: 7. Lora Kitipova, 8. Petya Barakova, 2. Nasya Dimitrova, 11. Xristina Ruseva, 10. Mira Todorova, 17. Borislava Saykova, 12. Mariya Karakaşeva, 1. Qerqana Dimitrova, 19. Aleksandra Milanova, 18. Silvana Çauşeva, 9. Monika Krsteva, 4. Veselina Qriqorova, 15. Jana Todorova, 3. Kristiana Petrova.

 

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Bolqarıstan

4

3

1

10-5

361-312

9

2

Azərbaycan

4

3

1

10-6

368-346

9

3

Ukrayna

4

2

2

8-7

351-336

6

4

Portuqaliya

4

0

4

2-12

259-345

0

 

Tarix: 31 May 00:20    Oxunub: 324    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.