“Neftçi” 3 məşqçini göndərdi, indi növbədə kimlərdi?

Yeni mövsümün planlarını cızan “Neftçi” islahatlara bugündən rəsmən start verdi.

 

Rəhbərlik əvəzedici komandanın məşqçilər heyətini yola salıb.

 

Mövsümü 8 komanda arasında 7-ci pillədə başa vuran kollektivə rəhbərlik edən Vadar Nuriyev, həmçinin köməkçiləri Ədəhim Niftəliyev və Fuad Əsədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.


Nuriyev qışda Tərlan Əhmədovun istəyi ilə komandaya gətirilmişdi. Elşad Əhmədova xələf olan bu mütəxəssis AZAL-da uzun müddət Tərlan bəyin köməkçisi olmuşdu.

 

Buna rəğmən, demək çətindi ki, Nuriyevi bura Əhmədov gətirib. Çünki onların son 1 ildə bir-biriylə küsülü olmaqları tanıyanların hamısına bəllidi.

 

“Neftçi”nin rəsmi məlumatında yazılıb: "Neftçi” PFK-nın əvəzedici komandasının baş məşqçisi Vadar Nuriyev və məşqçi heyəti ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onlara göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq”.


Belə görünür, bu, hələ siftədi. Ardı gələcək, özü də nə gələcək! Bütün sahələri əhatə edəcək. Kadr islahatı məşqçilərdən başlayacaq inzibati heyətdə bitəcək.

 

Ümumi işçi sayı ikiqat azaldılacaq. Hazırda klubdan maaş alanlar 200 nəfərdən artıqdı, hansı ki, onların əhəmiyyətli bir hissəsi adı olub özü olmayanlardı (Sportinfo.az).

Tarix: 29 May 18:48    Oxunub: 1036    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.