Avropa Cüdo İttifaqı Ramosun Salaha qarşı hərəkəti ilə "məzələndi"

 Avropa Cüdo İttifaqı (EJU) Çempionlar Liqasının finalında İspaniya "Real"ın müdafiəçisi Serxio Ramosun "Liverpul"un futbolçusu Məhəmməd Salahı zədələməsinə reaksiya verib.

 

Sportinfo.az xəbər verir ki, EJU-nun rəsmi "Twitter" səhifəsi Ramosun misirli yarımmüdafiəçinin xəsarət almasına səbəb olan hərəkətini cüdoda qadağan olunmuş tutma fəndi adlandırıb.

 

"Bu, cüdoda qadağan olunsa da, futbolda Çempionlar Liqasını qazanmaq üçün kifayət qədər yaxşı fənddir",- deyə şərhdə bildirilir.

 

Məhəmməd Salah Serxio Ramosun bu hərəkətindən sonra çiynindən zədələnib və oyunu davam etdirə bilməyib. Onun 3 həftə müddətinə sıradan çıxdığı bildirilir. Görüş isə "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Tarix: 29 May 11:24    Oxunub: 562    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.