Millimizin halı pisləşən baş məşqçisi İstanbula aparıldı

Qadın voleybolçulardan ibarət Azərbaycanın milli komandasının baş məşqçisi Faiq Qarayevin səhhəti pisləşib.

 

Sportinfo.az xəbər verir ki, Avropa Liqası çərçivəsində Bolqarıstanla səfər oyununda halı pisləşən təcrübəli mütəxəssis hazırda İstanbulda "Acıbadem" xəstəxanasında müalicəsini davam etdirir.

 

Onun mayın 30-da keçiriləcək bolqarlarla cavab görüşündə komandayla birgə olub-olmayacağı hələ ki, bilinmir. Baş məşqçinin ən qısa vaxtda millinin başına keçəcəyinə ümid bəslənilir.

Tarix: 29 May 10:48    Oxunub: 688    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.