Ağayev “Samsung”dan telefon hədiyyə aldı - FOTO

Azərbaycanda və dünyada beynəlxalq iqtisadiyyatın ən ciddi fiqurlarından biri kimi tanınan, elektronika satışı üzrə lider olan “Samsung” şirkəti yeni layihəyə başlamağı qərara alıb.

 

Sportinfo.az xəbər verir ki, layihənin əsas məqsədi ölkəsini dünyada tanıdan, vətənini beynəlxalq aləmdə layiqincə təmsil edən insanları, öz sahəsində görkəmli nailiyyətləri olan şəxsləri ən yaxşı “Samsung” məhsulları ilə dəyərləndirməkdi.

 

Bu layihə çərçivəsində “Samsung” şirkəti dünya karatesinin tanınmış siması, dəfələrlə dünya və Avropa çempionu olan Rafael Ağayevə yeni məhsulu – “Samsung Galaxy S9” mobil telefonunu – təqdim edib.

 

Rafael Ağayev Azərbaycanın idman şərəfini dünyada layiqincə qoruyan idmançılardan biridir. Uzun illər karatedə mümkün bütün titulları qazanan idmançımız saysız-hesabsız yarışlarda çempionluq sevinci yaşayıb, dəfələrlə Azərbaycan himnini səsləndirib.

 

Rafael Ağayev bu layihəyə görə “Samsung”-a təşəkkür etdi: “Mən çox şadam ki, “Samsung” məhz şəxsi keyfiyyətləri və nailiyyətləri dəyərləndirir”.

 

Yeni telefona gəldikdə isə, idmançı fikirlərini belə bölüşüb: “Bu model haqqında mətbuatdan oxumuşdum. Kifayət qədər yeni maraqlı funksiyaları özündə cəmləşdirir.

 

“Samsung Galaxy S9” bərk korpusa malikdir, suya davamlılığı var. Bu mənada hətta məşqdə olanda belə telefonu özümdə saxlamaq imkanı olacaq. İdmançı kimi hər bir şeydə yüksək keyfiyyət və gücə önəm verirəm.

 

Həmçinin, “SLOW MOTION” funksiyası olan kamerasını qeyd etmək istərdim. Telefonda keyfiyyətli kamera ən vacib amillərdən biridir. Bu cür kamera ilə məşqdə hərəkətlər, zərbələri dəqiqliklə çəkmək olur. Real həyatda olduğu kimi alınır”.

 

“Samsung” şirkəti Azərbaycanı müxtəlif sahələrdə dünyada layiqincə tanıdan insanlara premium hədiyyələri təqdim etməklə onların ən yaxşı məhsullara layiq olduğunu vurğulamağa bu layihə çərçivəsində davam edəcək.

Tarix: 28 May 18:12    Oxunub: 746    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.