Ağadadaş Salyanski avtoritet deyil, "Neftçi"nin futbolçusudu

«Vətən» RİOEUG Futbol Məktəbinin təşkilatçılığı, AFFA-nın dəstəyi və «Het-trik news» qəzetinin informasiya dəstəyi ilə 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş futbol turnirində qrup mərhələsinin oyunları başa çatdı. 
 
Sportinfo.az xəbər verir ki, son turda qələbə qazanan komandaların hamısı adlarını yarımfinala yazdırdılar.
 
«A» qrupu:
«Neftçi» - «Neftçi» İK İB 1:0
Qol: Ağadadaş Salyanski, 40.
 
«Vətən» - «Qarabağ» 2:0
Qollar: Şahin Kərimli, 47; Elvin Abdullayev, 51.
 
Bu qrupda 1-ci və 2-ci turda qeydə alınan nəticələr: «Qarabağ» - «Neftçi» 0:3, «Vətən» - «Neftçi» İK İB 0:0, «Qarabağ» - «Neftçi» İK İB 2:0, «Vətən» - «Neftçi» 3:3.
 
1. «Neftçi» 3 2 1 0 7-3 7
2. «Vətən» 3 1 2 0 5-3 5
3. «Qarabağ» 3 1 0 2 2-5 3
4. «Neftçi» İK İB 3 0 1 2 0-3 1
 
«B» qrupu:
«Sumqayıt» - «Səbail» 2:4
Qollar: Alı Alı, 27; Tural Haqverdiyev, 31 – Vəlihəd Səmədov, 1; Rauf Ağasənov, 3, 57; Arif Məmmədov, 51.
 
«Zirə» - «Keşlə» 0:1
Qol: Vaqif Həsənov, 58.
 
Bu qrupda 1-ci və 2-ci turda qeydə alınan nəticələr: «Zirə» - «Sumqayıt» 3:1, «Keşlə» - «Səbail» 1:1, «Zirə» - «Səbail» 0:0, «Keşlə» - «Sumqayıt» 0:2.
 
1. «Səbail» 3 1 2 0 5-3 5
2. «Keşlə» 3 1 1 1 2-3 4
3. «Zirə» 3 1 1 1 3-2 4
4. «Sumqayıt» 3 1 0 2 5-7 3
 
Yarımfinalda «Neftçi» «Keşlə» ilə, «Səbail» isə «Vətən»lə qarşılaşacaq. Bu mərhələnin oyunları mayın 29-da «İnter Arena»nın əsas meydanına təyin olunub.
 
«Səbail» - «Vətən» matçı saat 16:00-da, «Neftçi» - «Keşlə» oyunu isə 18:00-da başlayacaq. Turnirin finalı və 3-cü yer uğrunda oyun isə mayın 31-də «Bayıl Arena»da keçiriləcək ("Het-trik news" qəzeti).
Tarix: 28 May 15:48    Oxunub: 901    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.