Azərbaycan cüdoçuları Avropa kubokunda 8 medal qazandı

 Portuqaliyanın Koimbra şəhərində yeniyetmələr arasında Avropa kuboku yarışı keçirilib.

 

Sportinfo.az xəbər verir ki, beynəlxalq turnirdə uğurla çıxış edən cüdoçularımız 8 medal qazanıblar.

 

Millimizin üzvləri Zaməddin Poladov (60 kq), Vüqar Talıbov (66 kq) və Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. Yalnız finalda uduzan Şükran Zamanlı (50 kq) gümüş medala sahib olub.

 

Mətin Rzazadə (60 kq), Aytac Qardaşxanlı (48 kq), Kamran Novruzov (73 kq), İbrahim Ağakişiyev (81 kq) isə bürünc medal qananıb. Beləliklə Azərbaycan cüdoçuları Portuqaliyada 3 qızıl, 1 gümüş və 4 bürünc medala layiq görülüblər.

 

28 ölkədən 416 yeniyetmə cüdoçunun (241 oğlan, 175 qız) mübarizə apardığı Avropa kuboku turnirundə Azərbaycan millisi 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

Tarix: 28 May 00:40    Oxunub: 465    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.