Rəşad Sadıqov: "Bu, məni çox məyus etmədi".

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov Makedoniyaya qarşı keçirilən yoxlama oyunundan (0:1) sonra fikirlərini bölüşüb.

 

Sportinfo.az xəbər verir ki, o, bunları söyləyib:

 

“Ümumilikdə təlim-məşq toplanışından və futbolçulardan razı qaldım. Komandadakı çatışmazlıqları aradan qaldırmaq üçün daha çox oyun keçirmək istərdim.

 

12 gün bir yerdə olduq və 3 yoldaşlıq oyunu keçirdik. Bu oyuna gəlincə, iki fərqli hissə oldu. Az oynayan futbolçulara şans verdim. Azərbaycan çempionatı ilə beynəlxalq oyunlar fərqlidi.

 

Kimsə zəif çıxış etdi və ya oyunu alınmadısa, bu o demək deyil ki onları silməliyik. Onları başa düşmək lazımdı. Futbolçularımız az beynəlxalq oyun keçirirlər. Optimal heyəti hələ müəyyənləşdirməmişəm.

 

Zədəli futbolçularımız var idi ki, bu toplanışda bizimlə ola bilmədilər. Komandadan 12-13 futbolçunu U-21-in toplanışına da dəvət edəcəm.

 

Avtoqol məni çox məyus etmədi. Bu, texniki səhvdi. Məni daha çox kiminsə mübarizədən yayınması və ya asan təslim olması məyus edər. Futbolçularımız oyundan oyuna inkişaf edəcəklər”.

Tarix: 28 May 00:20    Oxunub: 602    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.