Vüqar Əsgərovun yeni komandasından səfərdə ilk xal itkisi

Latviya Birinci Liqasında 6-cı turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Rezeknes FA/BJSS” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Vurduğu 7 qolla komandasının bombardiri olan, əvvəlki oyunların hamısında fərlənən Əsgərov bu dəfə rəqib qapısına yol tapa bilməyib.“Dauqavpils” 6 turdan sonra 16 xalla vahid liderdi.

Tarix: 28 May 00:10    Oxunub: 527    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.