"Ronaldo bizimlə qalacaq, müqaviləsi var, istəyirsiz, özündən soruşun"

“Real”ın prezidenti Florentino Peres komandanın hücumçusu Kriştiano Ronaldonun yayda ayrılacağı barədə iddialara cavab verib.

 

Sportinfo.az xəbər verir ki, Ronaldonun “Real”la müqavilə müddəti 2021-ci ildə başa çatacaq.

 

Klub prezidenti yerli mətbuata açıqlamasında Ronaldonun klubla müqaviləsi olduğunu, qalacağını deyib:

 

“Kriştiano Ronaldo kimi mənim də 5 Çempionlar Liqası kubokum olduğuna görə şadam. Ronaldo bizimlə qalacaq, müqaviləsi var. İstəyirsiz, özündən soruşun, qalacağını deyəcək”.

 

Ronaldonun ÇL-in “Liverpul”la final oyunundan (3:1) sonrakı “Real”da oynamaq gözəl idi. Azarkeşlərə təşəkkür edirəm. Həmişə yanımda oldular.

 

Qarşıdakı günlərdə transfer suallarınıza cavab verəcəm” açıqlaması onun “kral klubu”ndan ayrılacağı şübhələrini yaratmışdı.

Tarix: 28 May 00:00    Oxunub: 510    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.