Ronaldo: "Çempionlar Liqasının adını CR7 qoymaq lazımdı"

Çempionlar Liqasının finalında "Real" "Liverpul"a 3:1 hesabı ilə qalib gələrək 13-cü dəfə turnirin qalibi olub.

 

Sportinfo.az xəbər verir ki, oyundan sonra "kral klubu"nun ulduz futbolçusu Kriştiano Ronaldo açıqlama verib.

 

O, transfer məsələsi ilə bağlı önümüzdəki günlərdə qərar verəcəyini açıqlayıb: "Real" azarkeşlərinə təşəkkür edirəm. Bu klubda oynamaq gözəldir.

 

Həmişə yanımda olublar və dəstəkləyiblər. Önümüzdəki günlərdə transfer suallarınıza cavab verəcəm. Yekun qərarımı açıqlayacam".

 

"Finalda qol vurmadığın üçün üzülmürsən?" sualına Ronalda belə cavab verib: "Kim? Mən? Çemöionlar Liqasında ən çox qolu kim vurub?

 

Bəlkə də Çempionlar Liqasının adını CR7 qoymaq lazımdır. 5 dəfə bu turniri qazanmışam və yenidən ən yaxşı hücumçu olmuşam. Ona görə də üzgün ola bilmərəm".

Tarix: 27 May 20:16    Oxunub: 478    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.