"Azərbaycanda çempion olsaq... Xəyallarımı bəzəyən 3 final var"

“Beşiktaş”ın prezidenti Fikrət Orman dünən “Vodofon Park Arena”da təşkil olunan iftar yeməyindən sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportinfo.az xəbər verir ki, gələn mövsüm Avropa Liqası finalının Bakıda keçiriləcəyini xatırladan iş adamı komandasının paytaxtımızda kubok qazanmasını istədiyini bildirib:

 

“Xəyallarımı bəzəyən 3 final var: Avropa Liqası, Çempionlar Liqası və UEFA Superkubok finalı. Növbəti mövsümdə Avroliqanın həlledici oyunu Bakıda keçiriləcək.

 

Azərbaycanda çempion olsaq, “Vodofon Park Arena”da təşkil olunacaq Superkubok finalına vəsiqə qazanacağıq. H

 

ətta 2020-ci ildə İstanbulda oynanılacaq Çempionlar Liqasının finalında da “Beşiktaş”ı görə bilərik. Niyə də olmasın?!”.

 

Super Liqada 4-cü pilləni tutan “Beşiktaş” bu mövsüm Türkiyəni Avropa Liqasında təmsil edəcək.

Tarix: 27 May 20:03    Oxunub: 586    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.