Məhəmməd Salah dünya çempionatında oynayacaq?

Çempionlar Liqasının finalında "Real"la qarşılaşmada Serxio Ramosun müdaxiləsindən sonra ciddi zədə alan "Liverpul"un futbolçusu Məhəmməd Salahın durumu ilə bağlı məlumat yayılıb.

 

Sportinfo.az xəbər verir ki, Misir Futbol Federasiyası "Liverpul"dan bilgi aldığını və Salahın dünya çempionatında oynamaq ehtimalının olduğunu açıqlayıb.

 

Ramos 27-ci dəqiqədə Salahı zədələmişdi. 25 yaşlı futbolçu meydanı gözyaşları ilə tərk etmişdi. Misir dünya çempionatında Rusiya, Səudiyyə Ərəbistanı və Uuruqvayla eyni qrupda yer alıb.

Tarix: 27 May 19:37    Oxunub: 487    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.