Ufuk Budak: "Qarabağ"a transferimlə bağlı söbət olmayıb"

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuk Budak sualları cavablandırıb.

 

Türkiyənin “Samsunspor” klubundan ayrıldınız. Karyeranızı harada davam etdirəcəksiniz?

- Hələ heç nə bəlli deyil. Bu barədə ciddi danışmalı və müzakirələr aparmalıyıq. Hələlik gözləyirəm.

 

Qurban Qurbanov 6 gün “Qarabağ”da məşq etdiyinizi bildirdi. Bu klubda çıxış etmək istərdiniz?

- O, məni fiziki vəziyyətimi düzəltmək üçün məşqlərə dəvət etmişdi. Uzun müddət oynamırdım. Aramızda “Qarabağ”da qalmaqla bağlı söhbət olmadı.

 

Əvvəllər də yığmada olmusunuz. Qurban Qurbanovun gəlişindən sonra nə dəyişib?

- Sonuncu dəfə 4 il əvvəl gəlmişdim. Fərqli üzlər gördüm. Gənc futbolçularımız var. Daha dinamik komandadır.

 

Bu illər ərzində millinin çıxışını izləyirdiniz?

- Bəli, mən də yığma üzvüyəm. Hər oyunu izləməyə çalışırdım.

 

Bir müddət əvvəl Azərbaycan vətəndaşlığından imtina etdiyiniz deyilirdi. Çünki Türkiyədə legioner sayılmırdınız.

- İki pasportum var idi. İndi də belədir. Başqa söhbət olmayıb.

 

Robert Prosineçki sizi niyə yığmaya çağırmırdı?

- Bir dəfə dəvət etmişdi, 10 gün komandada oldum. Sonra çağırmadı. Bunu məndən soruşmayın. 

Tarix: 27 May 19:11    Oxunub: 529    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.