Çempionlar Liqasının 2017/18-ci illər mövsümünün ən yaxşı...

"Real"ın hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının cari mövsümünü turnirin bombardirlər siyahısında birinci yerdə bitirib.

 

Sportinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu 13 oyunda 15 qol vurub (4-ü penaltidən) və 3 məhsuldar ötürmə edib.

 

İkinci yeri İngiltərənin "Liverpul" komandasının yarımmüdafiəçisi Məhəmməd Salah tutub. O, 15 oyuna 11 qol vurmağa nail olub. Mövsümü üçüncü sırada "Liverpul"un hücumçusu Roberto Firmino (11) başa vurub.

 

Dördüncü yeri də mersisaydların daha bir təmsilçisi olan Sadio Maneyə məxsusdur. Forvard ampulasında çıxış edən futbolçunun hesabında 10 qol var.

Tarix: 27 May 18:45    Oxunub: 526    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.