"Salahın epizoduna görə özümü günahkar hesab etmirəm"

Çempionlar Liqasının finalında "Real" "Liverpul"a 3:1 hesabı ilə qalib gələrək 13-cü dəfə turnirin qalibi olub.

 

Sportinfo.az xəbər verir ki, matçın 28-ci dəqiqəsində "Liverpul"un futbolçusu Məhəmməd Salahı yıxaraq zədələyən Serxio Ramos oyundan sonra açıqlama verib.

 

Rıqibin oyundan çıxmasına səbəb olan ispaniyalı müdafiəçi özünü günahkar hesab etməyib: "Salahın vəziyyəti üzücü oldu. Bunun baş verməsini heç vaxt istməzdik. Mən həmin epizoda görə özümü günahkar hesab etmirəm".

 

Məhəmməd Salahı zədələyən Ramos ikinci hissədə də kobudluğu ilə yadda qalıb. 32 yaşlı futbolçu "Liverpul"un qapıçısı Loris Kariusa qarşı sərt oynasa da, həmin epizod hakimin gözündən qaçmışdı.

Tarix: 27 May 17:53    Oxunub: 505    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.