Ronaldo ÇL-in tarixinə düşdü

“Real”ın hücumçusu Kristiano Ronaldo UEFA Çempionlar Liqasının tarixinə düşüb.

 

Sportinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu ötən gecə finalda üz-üzə gəldikləri “Liverpul”  üzərində qələbə (3:1) sayəsində beşinci dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olub.

 

Ronaldo bu tituallardan dördünü “Real”la qazanıb. Daha bir dəfə isə o, “Mançester Yunayted”in heyətində olarkən ÇL-in ən güclüsü olub.

 

Kristiano ötən günə qədər Klarens Zeedorf və Andres İnyesta ilə bu göstəricidə şərik idi. Lakin onlar 4 dəfə ÇL-in qalibi olublarsa, Ronaldo artıq mütləq rekordçu sayılır.

Tarix: 27 May 17:01    Oxunub: 449    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.