UEFA Superkuboku uğrunda ilk dəfə bir şəhərin 2 komandası qarşılaşacaq

"Real" Çempionlar Liqasının finalında "Liverpul"u məğlub etməklə UEFA Superkuboku uğrunda matçda oynamaq hüququ qazanıb.

 

Sportinfo.az xəbər verir ki, mükafat uğrunda mübarizədə "qaymaqlar"ın rəqibi digər Madrid komandası – Avropa Liqasının finalında "Marsel"i (Fransa) məğlub etmiş (3:0) "Atletiko" olacaq.

 

Beləliklə, UEFA Superkuboku uğrunda görüşdə ilk dəfə bir şəhərin iki komandası üz-üzə gələcək. Matç avqustun 15-də Tallinin "A. Le Kok Arena" stadionunda baş tutacaq.

 

"Real" UEFA Superkubokunun hazırkı sahibidir. Ötən ilin avqustunda Madrid klubu "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub etmişdi.

Tarix: 27 May 16:48    Oxunub: 443    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.