Azərbaycan mövsümü 23-cü pillədə başa vurdu: UEFA reytinqi

Avrokubokların 2017/18 mövsümünə yekun vurulub. 

 

Sportinfo.az xəbər verir ki, dünən "Real"la "Liverpul" arasında keçirilmiş Çempionlar Liqasının final matçından sonra UEFA reytinqinin yekun siyahısı bəlli olub.

 

Finalda 3:1 hesabı ilə qalib gələn “kral klubu” İspaniyanın xal hesabını bir az da artırıb (106,998). Pireney ölkəsi son 5 mövsümün əmsallarına əsasən, siyahının birinci pilləsində qərarlaşıb.

 

Cədvəldə İngiltərə (79,605) 2-ci, İtaliya (76,249) isə 3-cü sırada yer alıb. İlk beşlikdə qərarlaşmış digər ölkələr isə Almaniya (71,427) və Fransadı (56,415).

 

Azərbaycan avrokubok mövsümünü 23-cü yerdə başa vurub. Təmsilçilərimiz son 5 avrokubok mövsümündə 19,125 xal toplayıb.

Tarix: 27 May 16:35    Oxunub: 493    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.