"Real" Asensioya görə Premyer Liqadan 2 təklif alıb

“Real” Marko Asensioya görə iki cəlbedici təklif alıb.

 

Sportinfo.az xəbər verir ki, Asensio üçün 150 milyon avro təklif olunub.

 

Bu barədə məlumatı Markonun agenti Qoratsio Qaxioli açıqlayıb. O, yerli mətbuata açıqlamasında müştərisinin “Real”a keçməzdən əvvəl “Barselona” ilə müqavilə bağlamaq şansının da olduğunu bildirib:

 

“Madrid klubu Asensioya görə Premyer Liqadan iki təklif alıb. Hər iki təklif 150 milyon avro dəyərində idi. Ancaq “Real” onlara “yox” cavabı verib. Çünki Asensionun parlaq gələcəyi var.

 

Hə, Asensionun “Real”dan əvvəl “Barsa”ya keçmək şansı vardı. “Barselona”nın prezidenti Xosep Bartomeu səhv etdiyini yaxşı bilir. Florentino Peres onu qabaqladı”.

Tarix: 27 May 16:09    Oxunub: 663    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.