“Qarabağ“dan gedənlərə 7000 manat əməkhaqqı verdilər

Son günlərdə 12 futbolçusu ilə vidalaşan “Səbail” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir. 


Paytaxt klubu artıq sıralarına 2 futbolçu cəlb edib.

 

Belə ki, “Səbail” Rahid Əmirquliyevlə Ağabala Ramazanovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Futbolçuların hər biri ilə 1 illik müqavilə imzalanıb. Həm Rahid, həm də Ağabala son mövsümü “Qarabağ”da keçirib. Onlar Ağdam klubunda elə də çox forma şansı qazanmırdılar və mövsüm bitən kimi ayrılmışdılar.


Təbii ki, “Qarabağ“da qazandığı pulu burda qazanmayacaqlar, “Səbail“ o imkanı daşımır. Amma istənilən halda pul yenə gələcək.

 

Sükan arxasına Aftandil Hacıyevi gətirən “mavilər“ çempionun sabiq üzvlərinin hər birinə 7000 manat əməkhaqqı ödəyəcək (Sportinfo.az). 

 

Tarix: 27 May 15:43    Oxunub: 1307    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.