"Zirə" başbilənlərinin, yoxsa Ayxan Abbasovun səhvləri?

Qəbələdə "Qəbələ"nin kuboku qazanmaması klub adına faciə olar.

 

"Keşlə"nin arsenalında Yuri Maksimovun taktiki "maksim" pulemyotundan başqa silahı yoxdu.

 

Qəbələ RLS-i üçün inqilabdan qalmış legioner "silah"ların qarşısının alınması çətin olmamalıdı. Əgər "yatma"salar...

 

Sumqayıtda kimin klub, kimin komanda olduğuna tam aydınlıq gəldi. Qış fasiləsindən sonra özünə bənzəməyən "Zirə" klub olaraq son sözünü deyə bildi.

 

Yeni ildən sonra Ayxan Abbasov çox tənqid olundu. Haqlı fikirlər kifayət qədər idi. Bu iddianı son 2 mövsümdə "Zirə" özü yaratmışdı. Büdrəməsini heç kim qəbul etmirdi.

 

Baş məşqçinin də açıqlamasında bildirdiyi kimi, səhvlərdən nəticə çıxarıldı və rəqib meydanda heç-heçə sərf etdiyi halda qələbə təmin edildi. Özü də oyunun gedişində məğlub duruma düşdüyü halda. 


Qopma anı an məsələsi idi. Məşqçi-fanat qarşıdurması, futbolçularda psixoloji özünəinamın itirilməsi, məğlubiyyətlər, çöküşün bir addımlığında idi.

 

Uğursuz uzun seriyadan sonra klub rəhbərliyinin bir qədər gec, mətbuatın, ictimaiyyətin təzyiqindən sonra təmkinlə davranması, işə müdaxilə etməsi, eyni zamanda Ayxan Abbasovun səhvləri kənarda deyil, daxildə araşdırması son anda rəhbərlik- məşqçi-futbolçu-azarkeş bütövlüyünü təmin etdi. 


Tahir Süleymanov

Tarix: 27 May 15:30    Oxunub: 709    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.