Qaret Beyl: "Ehtiyatda olduğum üçün məyus idim"

"Final matçında start heyətdə olmadığım üçün çox məyus idim.

 

Çünki əsas heyətdə oynamağa layiq olduğumu düşünürdüm.

 

Ancaq qərararı məşqçi verir. Bacardığımın ən yaxşısını etdim. Çempionlar Liqasının ən yaxşı qollarından birini vurdum".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri "Real"ın futbolçusu Qaret Beyl Çempionlar Liqasının finalında "Liverpul"a 3:1 hesabı ilə qalib gələrək kuboku qazandıqları oyundan sonra deyib.

 

Dubla imza atan uelsli oyunçu böyük uğura nail olduqlarını vurğulayıb: "İspaniya çempionatı bizi məyus etdi, amma Çempionlar Liqasının qalibi olduq. Bu, əla mövsümdür".

 

Beyl 61-ci dəqiqədə İskonun əvəzinə meydana daxil olub, 64 və 83-cü dəqiqələrdə qol vurub. O, gələcək karyerasını yayda agenti ilə müzakirə edəcəyini da söyləyib:

 

"Mən hər həftə oynamaq istəyirəm. Bu mövsüm belə olmadı. 5-6 həftə zədəli oldum. Yayda agentimlə gələcək karyeramı müzakirə edəcəm".

Tarix: 27 May 15:04    Oxunub: 566    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.